Slimfit
  1. SİYASƏT

Sədr: "Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında münasibətlər bu gündən etibarən daha da güclənəcək"

Sədr: "Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında münasibətlər bu gündən etibarən daha da güclənəcək"
Sakura

Sədr: "Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında münasibətlər bu gündən etibarən daha da güclənəcək"

"Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərinin bu gündən etibarən daha da güclənəcəyi, habelə, bu müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir".

"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

O qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir: “Vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu və tədbirin formatını nəzərə alaraq, biz əvvəlcədən bütün vəkillərə müraciət etmişik və görüşdə iştirak etməyən vəkillərin təklifləri də ümumiləşdirilmiş formada Ali Məhkəməyə təqdim olunacaq. Məhkəmələrdə problemləri, qanunvericilikdəki boşluqlardan vəkillər daha çox məlumatlıdırlar. Çünki onlar gün ərzində bir neçə dəfə məhkəmə prosesində olur, ədalət mühakiməsinin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Bu baxımdan, hesab edirəm ki, bugünkü görüşümüz, müzakirlər çox faydalı olacaq”.

Vəkillər Kollegiyasının sədri görüşün təşkilinə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirib, eyni zamanda, “Femida Dialoq Platforması” adlı yeni layihə təşəbbüsünü yüksək qiymətləndirərək, ilk görüşün vəkillərlə keçirilməsindən məmnunluğunu ifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR