Dərc edildi: Baxış sayı: 249
Sədərək Ticarət Mərkəzindəki yanğın barədə AÇIQLAMA
“Sədərək” Ticarət Mərkəzindən yayılan görüntülərlə bağlı rəsmi açıqlama verilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Ölkə.az-a bildirilib ki, sözügedən ərazidə yanğın olması barədə “qaynar xətt”ə məlumat daxil olmayıb.
“Nazirliyin qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən ticarət mərkəzində hər hansı yanğın hadisəsi baş vermədiyi aydın olub”, - deyə qurumdan bildirilib.
Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət