Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirildi
Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Ens.az-ın məlumatına əsasən,yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən APA-nın Naxçıvan bürosuna bildirilib ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdur:
"Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında problem yaranıb və bağlanıb. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq".
Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət