Dərc edildi: Baxış sayı: 1899
Səddam Hüseyndən kitab yazan qadının açdığı sirlər: “Çətin uşaqlığı olub, küçələrdə ayaqyalın gəzib”
Uzun müddət İraqı idarə edən, sonra həbs olunaraq edama məhkum olunan Səddam Hüseynin həyatı bu gün də bir çoxları üçün maraqlıdır. İnsanlar hələ də Səddam haqqında çox faktların üzə çıxmadığını bildirirlər.Lakin Səddamın edamından sonra onunla ünsiyyətdə olan, uzun illər onu müşahidə edən yaxınlarından bir neçəsinin, o cümlədən, Səddamı yaxından tanımasa da belə, onun fəaliyyətini izləyən şəxslərin memuar və araşdırmalar kitabları çıxdı. Orada Səddam haqqında həqiqətən də maraqlı məsələlərdən danışılıb.
Moderator.az xəbər verir ki, onlardan biri də əslən, Avropa dövlətlərindən birinə aid olan bir xanımın yazdığı xatirələr kitabıdır. (Mənbə həmin xanımın adını özü açıqlamır):
Xatırladaq ki, Moderator.az saytı bu barədə yazının birinci hissəsində Səddamın həmin xanımın ailəsinə olan münasibətindən və bunun acı sonluğundan bəhs etmişdi.
Qeyd edək ki, Səddam uzun zaman sevdiyi bu xanımı unuda bilmir və onun üzv olduğu ailədən acı qisas alır. Həmin xanımın bundan sonrakı taleyi isə çox acınacaqlı olur:
“O zaman 22 yaşında idim. Övladımı da götürüb anamın yanına getdim. Bir gün qapımız döyüldü . Həyat yoldaşımdan məktub gəlmişdi. Zərfin içində boşandığımızı göstərən kağız vardı. Yoldaşımla xəbərim olmadan boşanmışdıq. Ondan sonra həyatın mənimçün bir mənası qalmadı.
Daha sonra qaçıb, bir Avropa ölkəsində yerləşdim. Övladımın orada məktəbdə oxuması üçün İraq səfirliyinə gedib, sənəd almalıydım. Orada sənədi verməyib, Səddam Hüseynin məni geri çağırdığı xəbərini verdilər.
Beləcə, Səddamla həmin xanım uzun müddətdən sonra yenidən görüşülər və bu görüşün də acı xatirəsi hər zaman o qadının yaddaşında qalır:
“Yanına gedəndə gəlib arxamda dayandı və mənə “Dəyişməmisən, amma çox gözəlləşmisən” -,dedi.Cavab vermədim, sadəcə, gözlərinin içinə baxırdım. Baxışlarım onu narahat etdi və “ mənə belə baxma”-, dedi. Daha sonra müəyyən vaxtlarda görüşməyə davam etdik.
Səddam çox çətin uşaqlıq və gənclik keçirib. Atasını heç görməyib, anası başqasıyla evlənib, ögey atasının yanında qalıb. Uşaqlıqda çox kasıb olub, küçələrdə yalınayaq gəzib.
Onunla görüş zamanı içimdə daim qorxu olardı. Sağ qalıb-qalmayacağımı bilmirdim. Səddam və ailəsindən yazdığım “My Life With SaddamÜ adlı kitabım var. Təxminən 40 fərqli dilə çevrilib. Burada Səddam haqqında hər şey yazılıb.
Məsələn, Səddamın çox fərqli hobbiləri vardı. Ov etməyi sevirdi. Təbiətdə gəzməkdən xoşlanırdı. Üzgün olduğu zaman büroda yalnız qalıb film izləyirdi. “Ata” filmini çox sevirdi. Kimsəylə danışmaz,özünə qapanardı. Əlinə viski şüşəsi alıb bitənə qədər içərdi. Sonra tapançasıyla oynayardı. Bu, sevincli olduğunu görtərirdi. Amerikan filmlərində olduğu kimi başında hər zaman papağı olsun istəyərdi”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət