Dərc edildi: Baxış sayı: 508
Seçkidə qeydə alınmış namizədlərin sayı açıqlandı – MSK sədri
Parlament seçkilərində namizədliyi qeydə alınanların sayı 1447 nəfərdir.
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, 262 beynəlxalq müşahidəçi artıq qeydiyyatdan keçib:
“42257 yerli müşahidəçidir. Onlardan 1302-i MSK-da qeydə alınıb. 362 nəfər 4 QHT-ni təmsil edir. DSK-larda qeydə alınanların sayı 40 455 nəfərdir. Onlardan 13 380 nəfər öz təşəbbüsü ilə qeydiyyatdan keçib. Seçki Məcəlləsinin tələbinə əsasən hər bir namizədin hər bir məntəqəyə bir müşahidəçi təyin etmək hüququ var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət