Dərc edildi: Baxış sayı: 442
Seçki bülletenlərinin çapına başlanılır
Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
“Yeni Sabah” xəbər verir ki, 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək. Bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət