Slimfit
  1. CƏMİYYƏT

Seçici çox, deputat sayı isə az - Milli Məclis üzvlərinin sayı niyə artırılmır?

Seçici çox, deputat sayı isə az - Milli Məclis üzvlərinin sayı niyə artırılmır?
Sakura

Seçici çox, deputat sayı isə az - Milli Məclis üzvlərinin sayı niyə artırılmır?

Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, artıq altıncı çağırış Milli Məclis formalaşacaq ki, deputatların sayı dəyişməz qalır.

Belə ki, 1995-ci ildən, yəni  ilk müstəqil parlamentimiz formalaşandan bəri deputatların sayı 125 nəfər olub.

Ancaq əhalinin sayı artdıqca deputatların sayı artmayıb. Təxminən bir deputata 35-45 min seçici düşürsə, əhalinin sayı artdıqca seçici sayı artmır?!

Nəzərə alsaq ki, qonşu Gürcüstanda və Ermənistanda əhalinin sayı az, deputatların sayı çoxdur, niyə bizdə bu vaxta kimi deputatların sayında heç bir dəyişiklik edilməyib?!

Hazırkı şəraitdə buna ehtiyac varmı?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı saytımıza açıqlamasında bildirib ki, parlamentdə deputatların sayının artmasına ehtiyac var:

“Gələcəkdə parlamentdə bu cür islahatlara ehtiyac var. Ya bütün millət vəkilləri üçün eyni miqdarda səs tələb olunmalı, ya dairələr çoxalmalı, ya da islahatlar yolu ilə deputatların sayı artırılmalıdır. Bu, mümkündür. Qanun da buna imkan verir”.

Onun sözlərinə görə, deputat sayının artması parlamenti daha işlək edə bilər:

“Seçki Məcəlləsinə dəyişikliklər edilməklə, Milli Məclisə çıxarılmaqla yeni qanun layihəsi hazırlayıb qəbul etmək olar. Deputatların sayının çox olması Milli Məclisin özünə də xeyirdir ki, daha işlək parlament yaratmaq olar”.

Məhərrəm Zülfüqarlı qeyd edib ki, bununla bağlı bir neçə dəfə təkliflər də verilib:

“Biz bir neçə dəfə deputatların sayının artması təklifini vermişik. Elə dairələr var ki, bir yox, iki deputat olması mümkündür. Elə deputat var ki, deputat olmaq üçün 2 dəfə artıq səs toplamalıdır. Digəri isə ondan az səs toplayıb. Məsələn, Abşeron rayonunda seçicilərin sayı çoxdur. Orada deputatların sayını artırmaq mümkündür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR