Dərc edildi: Baxış sayı: 615
Səbinə Əzimova dünya birinciliyində qüvvəsini sınayıb
01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.
"Report" xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Onlardan ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət