Slimfit
  1. İDMAN

Səbinə Əzimova ağırlıqqaldırma üzrə Avropa birinciliyinin bürünc medalını qazandı

Səbinə Əzimova ağırlıqqaldırma üzrə Avropa birinciliyinin bürünc medalını qazandı
Sakura

Səbinə Əzimova ağırlıqqaldırma üzrə Avropa birinciliyinin bürünc medalını qazandı

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Ağır Atletika Federasiyasından verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.

Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə bürünc medala sahib çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin ikinci medalı oldu.

Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR