Dərc edildi: Baxış sayı: 582
:0
Səbinə Əliyevadan yaşı 65-i keçmiş məhkumlarla bağlı açıqlama
“Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaşı 65-i keçmiş 176 məhkum əfv edilib”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyevin humanist adımı nəticəsində həssas yaş qrupuna aid olan məhkumlar azadlığa buraxılıblar:
“Bu gün ölkə başçısının sərəncamı əsasında azadlığa buraxılan məhkumlardan ən yaşlısının 87 yaşı var. Bu əfv sərəmcamı dövlət başçısının apardığı siyasətin, insan hüquqlarının bariz nümunəsidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət