'Səbail'in futbolçusu: 'Baş məşqçi maliyyə problemlərinə görə məni oynatmadı'
"Milan"da oynayandan sonra əla azarkeşlərə malik "Panatinaikos"a keçdim".
Ens.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu "Səbail"in futbolçusu Maykl Essyen xarici mətbuata açıqlamasında 2015-ci ildə Yunanıstan "Panatinaikos"una transferi barədə danışarkən deyib.
38 yaşlı yarımmüdafiəçi həmin vaxt hava limanına səhər saatlarında çatmasına rəğmən, azarkeşlərin onu qarşıladıqlarını söyləyib.
O, baş məşqçi Andrea Stramaççioninin rəhbərliyi altında az oynamasına da diqqət çəkib: "Cəmi 2-3 matçda iştirak etdim. Bunun səbəbini bilmirəm. O vaxt mən və İspaniyadan olan oyunçular nadir hallarda meydana çıxırdıq. Qəzetlər mənim paltardəyişmə otağında problem yaratdığımı yazmışdı. Mətbuat iddia edirdi ki, baş məşqçi ilə problemim var. Amma Stramaççioni mənə doğru olanı açıqladı. Klubun maddi problemlə üzləşdiyini və bu səbəbdən oynamadığımı söylədi. Bu, Stramaççionin qərarı deyildi".
Qeyd edək ki, Maykl Essyen 2015/2016 mövsümündə "Panatinaikos"da oynayıb. Qana millisinin sabiq üzvü 2019-cu ilin martından “Səbail”də çıxış edir. O, eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət