Slimfit
  1. CƏMİYYƏT

Səbaildə tikinti şirkəti 250-ə yaxın sakinin suyunu kəsib - Aidiyyəti qurumdan AÇIQLAMA

Səbaildə tikinti şirkəti 250-ə yaxın sakinin suyunu kəsib - Aidiyyəti qurumdan AÇIQLAMA
Sakura

Səbaildə tikinti şirkəti 250-ə yaxın sakinin suyunu kəsib - Aidiyyəti qurumdan AÇIQLAMA

Səbail rayonu ərazisində yaşayan təxminən 250-ə yaxın sakinə su verilmir.

Ens.az Xezerxeber.az-a istinadən xəbər verir ki,söhbət Səbail rayonu Əhəd Yaqubov 52c ünvanından gedir. Sözügedən problem binaları tikən "Ulubəy" MTK-dan qaynaqlanır.

Səbəb isə sakinlərdən bəzilərinin komendant pulunu ödəməməsidir.

Məsələ ilə bağlı sözügedən MTK ilə əlaqə yaratmaq mümkün olmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda yaşanan problem həmin binanın sakinləri ilə MTK arasında baş verib:

"Sakinlər kommunal ödənişləri vaxtında ödəməklərinə, gecikdirdiklərinə görə MTK rəhbərliyi nasosxananın fəaliyyətini dayandırıb. Məsələnin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə heç bir əlaqəsi yoxdur".

Hüquqşünaslar isə bildiriblər ki, heç bir halda MTK sakinlərin suyunu kəsə bilməz:

"Bu məsələ aidiyyəti qurum tərəfindən həll edilməli və binanın idarəsi sakinlərin özlərinə verilməlidir".

Daha ətraflı süjetdə:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR