Slimfit
  1. BİOQRAFİYA

Səadət Əliyeva

Səadət Əliyeva
Sakura

Səadət Əliyeva - Azərbaycan Universitetinin rektoru

Həyatı

Səadət Namiq qızı Əliyeva 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1993-2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır.

2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir.

İngilis, alman və rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Təhsil, elmi dərəcə və elmi adları

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat işini yekunlaşdırmışdır.

2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsini Dilşünaslıq (İngilis dili) ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.

2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat pilləsini Filologiya (İngilis dili müəllimi) ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlamışdır.

2008-2009-cu illər arasında Xarici dillər kafedrasında laborant, 2009-2017-ci illər arasında müəllim vəzifəsində işləmişdir.

2017-ci ildən baş müəllimdir.

13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.

Tədqiqat sahəsi

Tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatıdır.

Nəşrlər

Kitablar

Britaniya uşaq ədəbiyyatı (Ş.Xəlilli ilə birlikdə), Dərs vəsaiti, Bakı, 2018. 435 s.

Məqalələr

“Britaniya uşaq ədəbiyyatının bəzi “qızıl” dövrü və istiqamətlərinin səciyyəvi xüsusiyyətlərinə dair”, Filologiya məsələləri jurnalı. Bakı: AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2018, № 7. s.241 – 250

“Artistic reflection of real life in Roald Dahl’s works”, Azərbaycan alqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq konfransın materialları. Bakı: Azərbaycan Universiteti. 14-15 may 2018. s.185- 191

“Milli mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunmuş V beynəlxalq Elmi Konfransın materialı. Şamaxı, 23 iyun 2017, s.8-10

“Britaniya uşaq ədəbiyyatının təşəkkülü və inkişafının bəzi aspektlərinə dair”, Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı: Bakı Dövlət Universiteti, 2017, № 2 (102). s.302-304

“Gizli həqiqətlər və ingilis uşaq şeirindən seçmələrin Azərbaycan dilinə tərcüməsi”, Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı: Bakı Dövlət Universiteti, 2017, № 1 (101). s.431-435

“Britaniya uşaq nağılları və onların Azərbaycan dilinə tərcüməsinin bəzi məsələləri”, Beynəlxalq Uşaq ədəbiyyatı Simpoziumu. Bakı, 21-23 aprel 2016. s.181-186

“Дэвид Алмонд – создатель жанра магического реализма в Британской детской литературе (на примере повестей «Скеллиг» и «Малъчик, который плавал с пиранъями»)”, Elmi xəbərlər. Bakı: Azərbaycan Dillər Universiteti, 2015, №62. s.320-325

“İngilis uşaq ədəbiyyatında Çarlz Dikkens mərhələsi”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı. Materiallar. Bakı 17-18 aprel 2015. s.1067-1068

“Формирование и пути развития Британской детской литературы (на материале произведений Чарльза Диккенса, Вильямя Теккерея и Льюиса Кэролла)”, The Fifth European Conference on Languages, Literature and Linguistics (10th February, 2015). Austria. Vienna. “East-West” Association for Advanced Studies and Higher Education GmbH, 2015. s.37-43

“Британские литературные сказки ХХ века и их переводы на азербайджанский язык”, Актуальные вопросы, проблемы и перспективы развития гуманитарных наук в современном информационном пространстве: националъные и интернационалъные аспекты. Збирник науковых працъ (за материалами VIII Международный научно-практическая конференция 1 травия 2014 року). Лугансък: вид – во СНУ iъ. В.Даля, 2014. s.17-19

“Luis Keroll yaradıcılığı və şəxsiyyət”, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı. Materiallar. Bakı, 18-19 aprel 2014. s.386-387

“İngilis–Amerikan uşaq ədəbiyyatına nəzər”, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblər arası elmi məqalələr məcmuəsi. Bakı Slavyan Universiteti, Mart 2013, №3. s.138-143

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR