Slimfit
  1. MEDİA

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib
Sakura

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, ölkəmizdə ilk veb sayt olan (1995), Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi portalı Science.gov.az-ın kompüter, mobil və planşet versiyaları müasir dizaynda, dövrün çağırışlarına uyğun, ən son texnologiyalardan istifadə etməklə, təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.

Sayt AR Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun ərsəyə gətirilib. Veb saytın hazırlanması zamanı müasir İKT metodlarından “PHP 7.3” proqramlaşdırma dili, “10.4.14 – MariaDB” məlumat bazası və “Laravel Framework”-dən (əvvəl Kohana Framework) istifadə olunub. Eyni zamanda “SQL injection”, “XSS” və “CSRF” kimi təhlükəsizlik tədbirləri görülüb.

Portal ölkə başçısının 29 dekabr 2004-cü il tarixli “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Fərmanının 5-ci bəndinə müvafiq olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanlarının informasiya resurslarının saxlanılması üçün nəzərdə tutulan xüsusi serverdə yerləşdirilib.

Bu gün Azərbaycan elminin təbliği istiqamətində ölkəmizdə ixtisaslaşmış ən böyük veb sayt olan Science.gov.az-ın yeni versiyası “AMEA haqqında”, “AMEA-nın prezidenti”, “AMEA RH aparatı”, “Sənədlər”, “Tribuna”, “Xəbərlər” və “Əlaqə” kimi əsas bölmələrdən ibarətdir. Saytın alt kateqoriyalarından istifadə etməklə oxucular AMEA-nın yaranma tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü, Akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu, AMEA rəhbərliyinin fəaliyyəti, qəbul edilən sənədlər, Azərbaycan və dünya elmində baş verən ən son elmi yeniliklərlə tanış ola bilərlər.

Yeni dizaynda ilk dəfə olaraq manşet bölməsi əlavə olunub ki, bu da mühüm xəbərlərin daha erkən gözəçarpmasına imkan verəcək. Saytın foto və video bölməsində isə müvafiq olaraq portaldakı bütün xəbərlərin foto və videoları sistemləşdirilib və istifadəçilər üçün əlçatanlıq imkanları genişləndirilib.

Eyni zamanda saytın əsas səhifəsində AMEA Rəyasət Heyətinin mətbu orqanları “Elm-Nauka” qəzetinin və “Elm və həyat” jurnalının bannerləri yerləşdirilib və daxili bölmələrdə sözügedən nəşrlərin illər və aylar üzrə elektron variantları yüklənib.

Bundan əlavə, portalın əsas səhifəsindəki AMEA-nın “Elm TV” internet televiziyası bölməsindən və müvafiq keçiddən istifadə etməklə Akademiya və ölkə gündəminə dair əməkdaşlarımızın hazırladıqları süjetlərlə tanış ola bilərsiniz.

Növbəti hissədə isə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Azərbaycan” portalının rəsmi saytlarının keçidləri yerləşdirilib.

Qeyd edək ki, 1995-ci ildə www.ab.az adı ilə istifadəyə verilən Science.gov.az Azərbaycanda ilk veb saytdır. Ötən 26 il ərzində uzun inkişaf yolu keçən portal 3 dildə yayımladığı xəbərlərlə Azərbaycan elminin təbliği və dünya elminə inteqrasiyası, alimlərimizin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Sayt müasir informasiya əsrində dilimizin normalarına riayət etməklə Azərbaycan dilinin saflığının qorunmasına da öz töhfəsini verməkdədir.

Hörmətlə, 

 

AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoru müdiri

Leyli Namiqqızı

___________________________________________

 

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30

Tel: (+994 12) 492-84-13

070-277-22-78

E-mail: leyli.namiqqizi@mail.ru 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR