Dərc edildi: Baxış sayı: 328
Saytlarda ən çox edilən səhvlər açıqlanıb
Saytlarda əvvəlki monitorinqlərlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlinir.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, aşkarlanmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib.
"Saytlarda 1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi müəyyən olunub", - deyə o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət