Slimfit
  1. CƏMİYYƏT

Sayğaclara görə kim məsuliyyət daşıyır?

Sayğaclara görə kim məsuliyyət daşıyır?
Sakura

Sayğaclara görə kim məsuliyyət daşıyır?

 

Yeni su sayğacları binaların blokunda quraşdırılıb. Bu da sakinlərin narazılığına səbəb olur, çünki istənilən şəxs rahatlıqla binaya daxil ola, sayğacların qapağını açaraq plombunu qıra və ya hər hansı zərər yetirə bilər.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin Rəhbəri Anar Cəbrayıllı bildirib ki, “Hansı binalarda elə boş yer var ki, biz orada quraşdıraq? Texniki imkanlar imkan vermir, ona görə orda quraşdırılır. Məcburi tələb qoyulub ki, sayğaclar pilləkən qəfəslərində quraşdırılsın ki, sabah borcu olan abonentlərin çox şəkildə su təchizatını dayandıra bilək. Ona görə də mütləq pilləkən qəfəslərində olmalıdır”.

Abonentləri narahat edən digər bir məsələ isə cavabdehlik məsələsidir. Qapısı bağlanmayan, yaxud olmayan bina bloklarında sayğaclara dəyən ziyana görə vətəndaş məsuliyyət daşımalıdırmı?

Qurumdan bildirdilər ki, binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən kənar müdaxilə hallarına qurumun özü cavabdehlik daşıyır.

A.Cəbrayıllı qeyd edib ki, “Həyət evlərində istənilən halda suölçən cihazların, yəni sayğacların işlək vəziyyətdə olmasına cavabdehliyi abonent daşıyır. Yəni o sayğac orada oğurlansa, sındırılsa, hər hansı kənar müdaxilə olsa, dəyişdirilməsinin qiymətini vətəndaş ödəyir”.

Ölkə üzrə beş mindən çox binada su sayğacları pilləkən qəfəslərində quraşdırılıb. Hər nə qədər aiddiyyatı qurum sayğacların məsuliyyətini öz üzərinə götürsə də, abonentlər bu məsələdə biganə olmamalıdır.

Mənbə: Oxu.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR