Slimfit
  1. CƏMİYYƏT

Saxta sənədlə Azərbaycana gələn 20 əcnəbi saxlanılıb

Saxta sənədlə Azərbaycana gələn 20 əcnəbi saxlanılıb
Sakura

Saxta sənədlə Azərbaycana gələn 20 əcnəbi saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DSX-nın Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticə­sində son bir ay ərzində dövlət sərhə­dindən buraxılış məntəqələrində 20 əcnə­binin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırıl­ması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürül­üb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR