Dərc edildi: Baxış sayı: 692
Saxta iPhone XI satışa çıxdı
Rəsmi təqdimatdan əvvəl “Saxta iPhone XI”lərin satışı, artıq ənənəyə çevrilmiş bir haldır.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi olaraq yeni nəsil “iPhone”lar 2019-cu ilin sentyabr ayında təqdim olunacaq, lakin internet şəbəkədə artıq saxta cihazlar satılmağa başlanılıb və onların dizaynı renderlər əsasında yaradılıb.
Mənbələrin bildirdiyinə görə, satışda artıq hər üç model — “iPhone XI”, “iPhone XI Max” və “iPhone XR” (2019) modelləri peyda olub.
Bütün klonların ekranlarının yuxarısında bir kəsik, arxa paneldə isə üçqat kamera üçün kvadrat modul var.
Smartfon üç rəngdə təklif edilir - qızılı, gümüşü və qara. Lakin, qalın alt çərçivə, qarşımızdakının saxta model olduğunu açıq şəkildə göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət