Dərc edildi: Baxış sayı: 569
Saxara hər 20 min ildən bir iqlimini dəyişir
Alimlər bəyan edirlər ki, Saxara bir zamanlar yaşıl oazis olub. Səhradakı iqlim hər 20 min ildən bir dəyişir. İndi Saxarada yalnız böyük miqdarda qumla örtülmüş quru torpaq var. Lakin bu, hər zaman belə olmayıb.
Oxu.Az xəbər verir ki, bu haqda runews24.ru saytı məlumat yayıb.
Alimlər tərəfindən bu ərazidə fosillər və qədim qaya şəkilləri tapılıb. Belə qənaətə gəlinib ki, bir zamanlar bu səhra çiçəklənən yaşıl region olub, burada insanlar və heyvanlar yaşayıb.
Saxarada iqlimin dəyişməsi buz dövrünə təsadüf edir. İqlimin dəyişməsinin səbəbi isə səhrada günəş şüalarının paylanmasına təsir edən yerin olmamasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət