Dərc edildi: Baxış sayı: 378
“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlanıb
Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.
"Report" xəbər verir ki, tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub. Tamaşa oktyabrın 24-də 20.00-da nümayiş etdiriləcək.
Azərbaycan və Türkiyənin rəsmi şəxsləri də tamaşaya baxmağa gələcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət