Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var

Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var
Sakura

Sarımsağın tərkibində güclü antibakterail təsirə malik allisin var

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim misirlilərin də sarımsaqla qidalandıqları və ondan müalicə vasitəsi kimi istifadə etdikləri barədə məlumatlar var. Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan Avropaya yayılıb. Misirdə sarımsağı ən ağır xəstəliklərə qarşı dərman kimi tətbiq etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyardılar.

AZƏRTAC tibbi mənbələrə əsasən xəbər verir ki, XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bır sıra bakteriyalara qarşı məhvedici təsir göstərdiyini sübut edib. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya törədicisi əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Sarımsağın daxilə qəbulu və ya imalə şəklində istifadə edilməsi bütün növ bağırsaq parazitlərinə, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Onun tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri - eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigen təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır. Həmin xüsusiyyətlərinə görə arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə olunur. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid penisillin aktivliyinə bərabər qiymətləndirilir.

Güclü antioksidant təsirə malik olan allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul, həb, toz və yağ şəklində tətbiq edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR