Slimfit
  1. BİOQRAFİYA

Sarı Ələkbər

Sarı Ələkbər
Sakura
:21

Sarı Ələkbər - Gəncə üsyanının təşkilatçılarından. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə…

Sarı Ələkbər (Tam adı: Sarı İmamqulu oğlu Ələkbər; d. 1 iyul 1874; Gəncə, Xəlfəli məhəlləsi — ö.6 noyabr 1938; Türkiyə Qars) — Gəncə üsyanının təşkilatçılarından. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri.

Həyatı

Sarı Ələkbər 1874-cü il 1 iyul tarixində Gəncədəki Xəlfəli məhəlləsidə anadan olmuşdur. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdən olan S.Ələkbər 1905-ci il azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından «Difai» milli təşkilatının üzvü olmuş, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq etmişdir.

Ailəsi

Cəvahir xanımla ailə qurmuş S.Ələkbərin Qulu, İsmayıl adlı iki oğlu Briliant adlı qızı olmuşdur. Qızı Birilant Əsədulla Ağüzümün oğlu Lətif Ağüzümlə evlənmişdir. 1946-cı ildə anadan olmuş Başxanım 1931-ci ildə sürgün olunmuşdur.

AXC dövründə fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri olmuş, daha sonra polis idarəsi rəisinin müavini işləmişdir. Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa gəldiklərini qeyd etmişdir. Üsyan zamanı qəhrəmanlıqlar göstərən Sarı Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir. 1952-ci ildə Parisdə nəşr olunan "Azərbaycan" jurnalının ikinci sayında Ceyhun bəy Hacıbəyli Gəncə üsyanının qəhrəmanları sırasında Sarı Ələkbərin də adını çəkmişdir.

Mühacirliyi

Gəncə üsyanı amansızcasına yatırıldıqdan sonra Sarı Ələkbərin qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnmiş, özü isə böyük çətinliklərlə Trabzona qaça bilmişdir. Oğlanları Qulu, İsmayıl, qızı Brilyant Qazaxıstana sürgün edilmiş, lakin Sarı Ələkbərin silahdaşları onları 1924-cü ildə gizli yolla Trabzona keçirə bilmişlər. Gəncədə sovet hakimiyyəti qurularkən Sarı Ələkbərin bütün əmlakı müsadirə olunmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR