Dərc edildi: Baxış sayı: 692
Sarı Aşıq - Görsəydim
Gedərdi sinəmdən bu daği-həsrət,
Əgər sənin camalını görsəydim.
Əyilibən qəddim dönməzdi yaya,
İki əbrü hilalmı görsəydim.
Dolanım başma, qibleyi-hacət,
Qurban olum sana, ey sərvqamət,
Qumru kimi bağlayardım itaət,
Sənin nazik nihalmı görsəydim.
Hicranm əlindən yetmişəm cana,
Nə deyim dərdimi, gəlməz bəyana,
Baxmaram cənnətdə huri, qılmana,
Bircə ləhzə vüsalını görsəydim.
Kəbəyi-kuyindi Aşiqə merac,
Dərgahi-vəslinə tapılmaz əlac,
Səhrayi-xütəndən alardım, xərac,
Süzgün çeşmi-qəzalmı görsəydim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət