Dərc edildi: Baxış sayı: 737
Sarı Aşıq - Gəlmədin
Vədə verib mənə, gəlləm demişdin,
Gözüm qaldı intizarda, gəlmədin.
Sənsiz mənim ağlamaqdı munisim,
Mənsur kimi qaldım darda, gəlmədin.
Əlif qəddim əydi hicran məlalı,
Necə xəlq eyləmiş qaşın hilalı,
Saldı məni qəmə zülfün xəyalı,
Məni qoydun eşq barda gəlmədin.
Mən elə Aşıqəm ey vədə xilaf,
Nizəni ahundan çərx olar şikar,
Belə olar ay bimürvət, nainsaf,
Getdi əldən ixtiyar da gəlmədin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət