Slimfit
  1. DÜNYA

Sardiniyada qum oğurlayan turistlər həbs oluna bilər

Sardiniyada qum oğurlayan turistlər həbs oluna bilər
Sakura

Sardiniyada qum oğurlayan turistlər həbs oluna bilər

İtaliyanın Sardiniya adasında istirahət edən fransızları suvenir məqsədilə çimərlikdən qum götürdüklərinə görə altı il həbs cəzası gözləyir.

Bu barədə "Independent" yazır.

Cütlük avtomobilin yük yerində gizlədilən və ümumilikdə 40 kq çəkisi olan 14 plastik butulka ilə saxlanılıb. Onlar Sardiniyanın cənubunda, Kia çimərliyində qum yığarkən bu əməlin cinayət olduğunu bilmədiklərini deyiblər.

Güman edilir ki, fransızlar Porto-Torresdən Fransanın Tulon şəhərinə yollanan gəmiyə minməyi planlaşdırıblar, lakin polis onlara imkan verməyib. İndi isə turistlər ictimai istifadə predmetlərinin oğurluğuna görə altı il azadlıqdan məhrum edilə bilərlər.

Qeyd edək ki, İtaliya adasının ağ çimərlikləri yerli hökumət tərəfindən qorunur. Bəzi turistlər onlayn satış məqsədilə buradan qum oğurlayır ki, bu da qanunsuz hesab edilir.

Sardiniyanın ekoloqu Pyerluici Kokkonun sözlərinə görə, adanın əsas görməli yerlərindən olan çimərliklər qum oğurlayan turistlərə görə Yer üzündən silinə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR