Slimfit
  1. AZƏRBAYCAN

Saray nənə 8 Martı yeni evində qeyd edəcək

Saray nənə 8 Martı yeni evində qeyd edəcək
Sakura

Saray nənə 8 Martı yeni evində qeyd edəcək

Fevral ayının əvvəlində Şamaxı rayonunda baş verən zəlzələdən sonra Rayon Fövqəladə Hallar Komissiyasına 4536 müraciət daxil olub.

Şamaxı Rayonunun baş memarı Rüstəm Əliyev REAL-a açıqlamasında 4509 evə baxış keçirildiyini, baxışdan sonra 236 qəzalı evin müəyyən olunduğunu bildirib: "Bərpa olunmağa ehtiyacı olan evlərin sayı 1077 ədəddir. 1715 evin isə təmirə ehtiyacı var. 1481 ev qənaətbəxş hesab edilib. Yəni heç bir problemi yoxdur. Kəskin qəzalı evlərin sayı, yəni sökülüb tikilməyə ehtiyacı olan evlərin sayı 236 ədəddir. Bu gün üçün olan rəqəm budur. Komissiya baxış keçirməkdə davam edir. Baxış keçirildikcə qəzalı evlər, bərpa olunası evlər, eləcə də təmirə ehtiyacı olan evlər müəəyyən olunur. 236 qəzalı vəziyyətdə olan evlərdən təcili olaraq artıq 3-nün tikintisi başa çatdırılıb. Bir neçə evin tikintisinə başlanılıb. Elə evlər var bünövrəsi qoyulub, hörgü işləri başlanılan evlər var. 20 evin sökülməsinə qərar verilib. Sakinləri evdən boşaldılaraq təhlükəsiz yerə köçürülüb. Qəzalı vəziyyətdə olan evlərin sakinləri kirayə evlərə köçürülüb. Onların kirayə haqları dövlət tərəfindən ödənilir. Saray nənənin evi artıq yekunlaşmaq üzrədir. 1-2 günə yekunlaşacaq. 8 Martı yeni evində qeyd edə biləcək".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR