Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saqqızların tərkibindəki maddələr onkoloji xəstəliklərə yol açır? – Dəhşətli faktlar

Saqqızların tərkibindəki maddələr onkoloji xəstəliklərə yol açır? – Dəhşətli faktlar
Sakura

Saqqızların tərkibindəki maddələr onkoloji xəstəliklərə yol açır? – Dəhşətli faktlar

Köşklərdə, marketlərdə elə kassa yanına düzülmüş, hər il də dizaynı, tərkibi dəyişən, nanəli, meyvəli, dişləri, ağız boşluğunu təmizləyən, təravətləndirən, dişləri ağardan cürbəcür saqqızlar hər gün minlərlə insanın aldığı, paylaşdığı və gündəlik həyatını onsuz təsəvvür etmədiyi bir məhsuldur.

Qida kimi qida deyil, amma hamının cibində, çantasında var. Özü də qiymətləri də ildən-ilə artır. Hazırda 50-80 qəpik arası dəyişən məşhur saqqızların tərkibinin əslində nələrdən ibarət olmasını araşdırdıq. Saqqız qablaşdırması çox kiçik olduğu üçün əslində üzərində çox xırda, heç lupa ilə belə oxunmayan şriftlərlə tərkibindəki əlavələr yazılıb.

Medicina.az 20 ildən artıqdır istehlak səbətinə daxil olan saqqızları çeynəməyin bizə nə kimi faydası və zərəri olduğunu araşdıraraq bəzi faktları toplaya bilib.

Saqqızların, həmçinin Dirol, Orbit kimi çox reklam olunan saqqızların tərkibi: Sorbitlər E420, maltit E 965, rezin ( kauçuk) E 414, stabilizator E 422, natural və ya süni aromatlaşdırıcılar, mannit E 421, soya lesitini, rəngləyici E 171, ASPARTAM E 951, asesulfam KE 950, hidrokarbonat natrium E 500, qlazur E 903, antioksidant E 320 və s. Siyahı uzundur və bəzi növlərində əlavələr də var.

Bütün bunlar nədir?

Lateks – saqqızın əsas kütləsidir.

Aromatlaşdırıcılar – heç də həmişə zərərsiz olmur. Amma qida sənayesində normasında istifadəsinə icazə var.

Rəngləyici maddələr – E 171 titan beliladır. Sovet dövründə Rusiyada o qida məhsullarında qadağan idi, indi isə bəlkə də qanunla qadağan varsa, açıq-aşkar istifadə olunur, heç kim də etiraz etmir. Bu maddə qaraciyər və böyrəkləri xəsətləndirir. Ən təhlükəlisi E 131-dir, stimorol adlanan bu maddə şiş hüceyrələrinin yaranmasına səbəb ola bilir.

Şirin dadlandırıcılar – şəkər, asesulfam – K saxarinlə oxşardır, qida məhsullarında arzuolunan deyil. Sutkalıq dozası 1 qr-dan artıq olmamalıdır. Laboratoriya heyvanları üzərində aparılan təcrübələrdə sübut edilib ki, bu maddə şişləri böyüdür.

Sorbit və ksilit- Gündə bir paçkadan artıq saqqız çeynəyən adamda qarın ishal ola bilər. Çünki məhz sorbit bu təsiri yaradır. Reklamda deyilir ki, elə hər yemək yeyəndən, çay içəndən sonra saqqız çeynəyin, özü də 2 ədəd birdən, buna əməl edən insanda qarının boşalması qaçılmazdır. Qarının diareya, ishalı isə orqanizmi susuzlaşdırır, lazımi mineralları yuyub aparır.

Bütün bunlar bəlkə də boş verilə bilərdi, əgər saqqızların tərkibində Aspartam olmasaydı.

ASPARTAM – qida mütəxəsissləri, həkimlərin, alimlərin illərdir təhlükəsi barədə bar-bar bağırdığı bir kimyəvi maddədir. Əvvəllər ABŞ-da bu maddə qadağan idi, sonra böyük pullar bu məsələni də həll etdi. Aspartamın temperaturu 30 dərəcəni keçdikdə, tərkibində olan spirt formaldegidə, daha sonra qarışqa turşusuna çevrilir. Bu da insanın daxilində metobolik asidoz – yəni orqanizmin turşu-qələvi mühitinin pozulmasına səbəb olur. Nəticədə baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, halsızlıq başlayır.

Stabilizator E 422 ( qliserin) – qana sovrulsa güclü toksiki təsir göstərir, qan xəstəliklərinə meyilli insanlara olmaz, böyrəkləri zədələyir, hemolizə gətirib çıxarır.

Emulqator E 322 – ağız suyu, tüpürcək ifrazını artırır, bu da həzm sisteminin işini pozur
Limon turşusu E 330- qanı zəhərləyir, qan xəstəliklərini qıcıqlandırır.
E 321 ( BHT) – qanda xolesterini artırır, damarları tutur, səpki, qaşınma verir
E 466 – onkoloji hüceyrə yaradan maddələrə aid edilib
E – 954 saxarin tərkibli istənilən məhsullar bədxassəli şişlərin səbəblərindən biridir.

Bəs əvvəl necə idi?

XX əsrin əvvəllərində saqqız istehsalı artdıqda, müasir variantlar icad olunanda ideal tərkibi belə idi: 60% şəkər və ya şəkərəvəzləyicilər, 20% kauçuk – özü də natural kauçuk, 19% qarğıdalı siropu, 1% aromatlaşdırıcı.
İndi isə kauçuk əvəzinə sintetik polimet qatılır, məsələn polizobutilen.

Bu maddələrin insan orqaniminə zərərli təsiri barədə illərdir heyvanlar üzərində elmi araşdırmalar aparılır. Saqqızların tərkibində olan rəngləyici, dadlandırıcı aromatizatorlar xüsusən zəif uşaq orqanizmi üçün qətiyyən olmaz. Çünki bu maddələr zərif ağzın selikli qişasını qısa müddətdə zədələyir, səpki və yaralar əmələ gətirir.

Qida sənayesində, həmçinin saqqızlarda istifadə olunan rəngləyicilər E 120 bitkilərdən alınır, daha az zərərlidir. E 141 həşəratlardan alınır, E 171 titan beliladır, bu da zərərlidir.Bir çox rezin tərkibli məhsulların tərkibində E 131 adlı rəngləyici maddə də vardır ki, əvvəllər qida sənayesində qadağan idi. Onun kansoregen, şiş hüceyrəsi yaratma xassəsi vardır.

Saqqız kariesə qarşıdır, amma özü şəkərdir.

Reklamlarda qeyd olunur ki, saqqız diş minasını kariesdən, bakteriyalardan qoruyur. Bu necə baş verir, əgər saqqızın özündə şəkər kifayət qədərdirsə, şəkər də dişlərdə karies yaradan birinci səbəbdir.

Yenə də saqqızın tərkibindəki ən zərərli maddə kimi Aspartamın üzərində dayanmaq istərdik: uzun müddət qəbul etdikdə, orqanizmdə yüksək dozada yığıldıqda onkoloji xəstəlikləri sürətləndirir.

Beləliklə, saqqız çeynəməklə orqanizmdə yığılan bu maddələr zamanla hər an partlayacaq bombaya çevrilir.
Saqqız çeynəməyin faydası 10 dəqiqəlikdir.

Saqqızın bir faydası var: o da dişləri yeməkdən sonra artıq qida qalıqlarından təmizləmək. Ona görə saqqız yemək yeyib bitirdikdən sonra 5-10 dəqiqə çeynənməlidir,çox yox.

Saqqız çeynəmək mədə şirəsinin ifrazını stimulə edir. Ona görə acqarına saqqız çeynəməklə siz qısa müddətdə mədə-bağırsağnızda qastrit, xora qazanmış olacaqsız.

Bir də saqqız çox əsəbi, gərgin olan zaman köməyinizə çata bilər: saqqız çeynəməklə adrenalini qova bilərsiz.

Beləliklə, gündə çox, yəni 7-10 ədəd saqqız çeynəməyin orqanizm üçün zərər və gələcək fəsadlarını
ümumiləşdirərək belə bir siyahı qarşıya çıxdı:

-Həzmin pozulması, mədə-bağırsağa zərər
-Ağız boşluğunun selikli qişasında zərər
-Dİşlərin mina qatına zərər, karies
-Çəki itkisi, diareya
-Qana zərərli maddələrin keçməsi, qan xəstəlikləri
-Onkoloji xəstəliyə səbəb olan kanserogen maddələrin çoxluğu
-Qaraciyər, böyrəklərin yüklənməsi
-Allergiya, səpki, qaşınma
-Diqqət yayqınlığı, nevrozluq
-Mədə şirəsinin artması nəticəsində şirənin mədə bə qida borusu divarını zədələməsi
-Baş ağrısı, ürəkbulanma, halsızlıq
-Müxtəlim kimyəvi maddələrin qan və limfa ilə orqanizmdə toplanaraq daxili orqanlara mənfi təsiri
-Dişlərdəki plomb, qapaqları sıradan çıxarır

Saqqız uşaqlara 5 yaşından sonra verilə bilər. Böyüklər üçün olan saqqızlar uşaqlara olmaz. Uşaqların 10 dəqiqədən artıq saqqız çeynəməsinə yol verməyin.

QEYD: bütün bu tərkib, zərər və təsir adından, brendindən asılı olmayaraq, bütün müasir saqqızlara aid edilir. Bir sıra organik brendlər var ki, onlar zərərli maddələr olmadan saqqız istehsal edir. Onlar isə Bakıda tapılmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR