Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saqqal koronavirusun yayılmasına səbəb olurmu?

Saqqal koronavirusun yayılmasına səbəb olurmu?
Sakura
:0

Saqqal koronavirusun yayılmasına səbəb olurmu?

Türkiyənin Başkent Universiteti ağciyər xəstəlikləri professoru və Elmi Komitənin üzvü professor Füsun Eyüboğlu saqqallı insanların koronavirusa qarşı tədbirli olmaqda  çətinlik çəkdiklərini və risk  faktorunun böyük olduğunu bildirib.

Prof.Dr. Eyüboğlu, "Saqqalı çox olan insanlarda tozdan başqa  xırda damcılar saqqallı bölgədə daha çox  qala bilər;  amma bu barədə bir araşdırma olduğunu deyə bilmərəm " deyə açıqlama verib.

O, "nəzəri olaraq,  saqqal xırda  damcıların həmin bölgədə daha çox  qalmasına səbəb ola bilər" - deyib. Əgər insanın əli saqqalına dəyirsə və  sonra əlini ağzına, burnuna vurursa yenə infeksiya yaya bilər.

Saqqala görə maska taxmaq

Eyüboğlu, saqqalı olan və korona virusu diaqnozu qoyulan xəstələrdə xüsusi maskaların istifadə edildiyini də söyləyib:

* Maskanı düzgün şəkildə istifadə etməliyik.  Düzgün istifadə edildikdə, maska ​​burunu, üzün və çənənin altını örtəcək və nəfəs aldıqda xırda damcıların çıxmasının qarşısını alacaqdır.

*Lakin  saqqal olanda maska ​​da ölçüsünə görə dəyişir.  Ümumdünya Səhiyyə Təşkilatı  saqqallı insanlar üçün maskalar hazırladı və bu insanların belə maskalardan istifadə edilməsi tövsiyə olunur.

* Covid-19 xəstəsi ilə təmasda olan saqqallı bir insanın saqqalına uyğun maska ​​istifadə etməsi daha məqsədəuyğundur.

Mənbə: www.tv100.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR