“Şanlı Vətən” tamaşası səhnələşdirilib
Bakı Bələdiyyə Teatrında ideya müəllifi Xalq artisti Amaliya Pənahovaya aid olan “Şanlı Vətən” tamaşası səhnələşdirilib. SİA-nın məlumatına görə, epik janrda qələmə alınmış əsərin müəllifi Çingiz Ələsgərlidir. Səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən xaincəsinə devrilməsindən, üçrəngli bayrağımızın qadağan edilməsindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qadağan olunmuş üçrəngli bayrağımızın əvvəl Naxçıvanda, sonra isə Azərbaycanda dalğalanmasından, Ümummilli Liderin gördüyü işlərdən və hazırda İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə aparılan uğurlu siyasətdən bəhs olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət