Sankt-Peterburqda 'Nar bayramı' keçiriləcək
Noyabrın 9-da Sankt-Peterburqun Hüquqi və İqtisadi Məlumat Kitabxanasında "Nar bayramı" adı altında Azərbaycanın Mədəniyyət və İncəsənət Günü keçiriləcək.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Qeyd olunur ki, bayram Dünya Gənclər Günü və Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi çərçivəsində keçirilir, eləcə də Turizmin Təşviqi Komitəsinin "Sankt-Peterburqa səfər" şəhər tədbirləri təqviminə daxildir.
"Nar bayramı” Azərbaycanda hər il noyabr ayının əvvəllərində qeyd olunur.
Tədbirin qonaqları Azərbaycan mədəniyyəti ilə tanış olmaq, "meyvələr kralı" haqqında maraqlı faktları öyrənmək, habelə böyüklər və uşaqlar üçün mühazirələrdə, viktorinalarda və ustad dərslərində iştirak etmək imkanı qazanacaq.
Şəhər sakinləri tədbir çərçivəsində həmçinin şair Vaqif Səmədoğlunun şəkilləri, Azərbaycanın Əməkdar Rəssamı Fərman Qulamovun rəsm əsərləri, eləcə də rəssam Elşad Əhmədovun rəsm əsərləri və fotoşəkillərinin təqdim olunacağı "Mənim Azərbaycanım" sərgisini ziyarət edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət