Slimfit
  1. İQTİSADİYYAT

Sankt-Peterburqda Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin görüşü keçirilib

Sankt-Peterburqda Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin görüşü keçirilib
Sakura

Sankt-Peterburqda Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin görüşü keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forumunun sonuncu günündə Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin görüşü keçirilib.

Report”un Rusiya bürosu xəbər verir ki, görüşdə çıxış edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan ilə Rusiya arasında əmtəə, xidmətlər dövriyyəsi, qarşılıqlı pul köçürmələrinin mütəmadi olaraq artdığını bildirib.

“2018-ci ildə biz maneələrin götürülməsi üzərində çalışırdıqsa, indi biz mürəkkəb layihələr, məhsulların üçüncü ölkələrə birgə ixracı və digər məsələlər üzərində işləyirik. Bütün bunlar əlaqələrimizin genişlənməsinə, ən əsası isə yeni iş yerlərinin açılmasına kömək edəcək”,- Rusiya naziri bildirib.

Maksim Oreşkin qeyd edib ki, Azərbaycandan ərzaq mallarının Rusiyaya ixracının artırılması vacib məsələlərdən biridir: “Hazırda Rusiya bazarında Türkiyə və Çindən gətirilən ərzaq məhsulları üstünlük təşkil edir. Bizim məqsədimiz Rusiya bazarının tələbat həcmini təqdim etməkdir. Bu və digər məsələlər payızda keçiriləcək regionlararası forumda fəal müzakirə olunacaq”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev isə nitqində ötən il ərzində Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin 19%, bu ilin birinci rübü ərzində isə 23% artdığını deyib:”Bu, əlbəttə, bizi sevindirir. Lakin biz hesab edirik ki, qarşılıqlı əmtəə dövriyyəsinin artırılması üçün imkanlar daha genişdir. Bunun üçün biz işgüzar əlaqələrimizi genişləndirməliyik. Biz uzunmüddətli əməkdaşlığa ümid bəsləyirik. Bu gün Rusiya tərəfi ilə razılığa gəldik ki, bizə ilk növbədə ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbata dair informasiya təqdim edilsin və biz öz istehsalçılarımızı bu barədə məlumatlandıraq. Azərbaycan məhsulların istehsalını, emalını və çatdırılmasını vaxtında yerinə yetirməyi öhdəsinə götürür”.

Ş.Mustafayev sərhəd-keçid məntəqəsində prosedurların asandlaşdırılacağını da Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin diqqətinə çatdırıb. “Bu yaxında biz Dağıstandan Azərbycanın cənub sərhədinədək səfər etdik. Biz Azərbaycan-Rusiya sərhədində iki keçid məntəqəsinin infrastrukturunu genişləndirəcəyik və buradan malların daha rahat daşınmasını təmin edəcəyik. Ölkələrimiz arasında azad ticarət barədə razılıq, dayanıqlı hüquq bazası var. Gömrük orqanları ilə informasiyaların elektron mübadiləsi barədə razılığa gələcəyik. Bütün sertifikatları elektron formada almaq mümkün olacaq”.

Beynəlxalq lahiyələrdən danışan nazir bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi artıq işləyir, məhsullar Azərbaycan ərazisindən İrana daşınır. Ş. mustafayev Azərbaycanın iyul ayında Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisində yaxından iştirak etməyi planlaşdırdığını və burada neft maşınqayırması sahəsində məhsulların nümayiş etdiriləcəyini də qeyd edib.

Azərbaycan-Rusiya işgüzar şurasının idarə heyətinin sədri Səməd Qurbanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Rusiya prezidentinin sahibkarların hüquqları üzrə səlahiyətli nümayəndəsi Boris Titov, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar şurasının sədri Aleksey Repik və digər şəxslər əməkdaşlığın qarşılıqlı sürətdə faydalı olduğundan danışıblar. 

Qeyd olunub ki, işgüzar şuranın fəaliyyəti ticarət-iqtisadi münasibətlərə yeni təkan verir. 

Görüşdə, həmçinin, iqtisadi-ticarət əlaqələrin inkişafı üçün yüksək potensial olduğu, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlər də səsləndirilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR