Dərc edildi: Baxış sayı: 508
Sanksiyalardan qorxsaydıq, başlamazdıq - Çavuşoğlu
Sanksiyalardan qorxsaydıq, hərəkata başlamazdıq. Bu, bizim üçün həyati dərəcədə milli təhlükəsizlik məsələsidir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Almaniyanın "Doyç Velle" nəşrinə müsahibəsində Çavuşoğlu ABŞ-ın sanksiya və təhdidlər əvəzinə, verdiyi sözü tutmasının lazım olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ hökuməti Türkiyəni Suriyanın şimal-şərqində başladılan "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatına görə sanksiyalar tətbiq edəcəyi barədə mesajlar verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət