Slimfit
  1. CƏMİYYƏT

Samuxda uzunluğu 39,5 km olan yol yenidən qurulur

Samuxda uzunluğu 39,5 km olan yol yenidən qurulur
Sakura

Samuxda uzunluğu 39,5 km olan yol yenidən qurulur

Kəndlərarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 39,5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. 

Agentlikdən APA-ya verilən məlumata görə, bu 28,1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 km, Qarabağlı yolunun uzunluğu 2,8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Yenikənd-Poylu avtomobil yolu  IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçib. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğrayıb, yolda qabarma və çökmələr əmələ gəlib. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalır. Bu səbəbdən  örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlib. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranıb.

Layihə çərçivəsində mövcud örtüyün qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.

Belə ki, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır.

Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq  yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri görülür.Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri görülür.

Yenidənqurma işlərinin sonuncu mərhələsində yollar boyu əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR