Samur körpüsü bir ilə hazır olacaq
"Ölkə.Az" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: “Sərnişinlər və yüklər sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir”.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki körpü ilə bağlı hazırda aktiv iş gedir. Onun sözlərinə görə, hazırda körpünün tikintisində heç bir problem yoxdur: "Müvafiq infrastruktur hazırlanır. Bir ilə körpü hazır olacaq. Xəzərin hüquqi statusunun müəyyənləşməsi də yükdaşımalara təsir edir. Razılaşma olarsa, yükdaşımalarda problemlər həllini tapar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət