Slimfit
  1. İQTİSADİYYAT

"Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib

"Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib
Sakura

"Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

DGK-dan “Report”a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icra vəziyyətilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərəgömrük-sərhəd bu­raxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Daha sonra"Samur" gömrük-sərhəd buraxılış məntəqəsində elektron növbə sisteminin tətbiqi ilə bağlı infrastruktura baxış keçirilib. Bu sistemin tətbiq olunması hesabına isə gömrük-sərhəd keçid məntəqələrində sıxlıqların aradan qaldırılması nəzərdə tutulur. Belə ki, qabaqcadan "on-layn" növbə tutmaq vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçidini asanlaşdırmağa yardım edir.

Səfər çərçivəsində adıçəkilən qurumların rəhbərləri "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlədətanış olublar. Bu tədbirin Azərbaycan vətəndaşları və əcnəbilərin sərhədkeçmə prosedurları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi addım olması qeyd edilib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur" gömrük-sərhəd bu­raxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbaycan və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış sazişə uyğun olaraq "Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR