Dərc edildi: Baxış sayı: 513
"Samsunq" qatlanan smartfon buraxacaq
“Samsunq” şirkəti kvadrat şəklində qatlanan mobil cihaz istehsal etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Cənubi Koreya istehsalçısı 6-7 düymlük displeyə malik çox da böyük olmayan qatlanan kvadrat formasında smartfon hazırlamağı düşünür. Cihaz arxada 2, öndə isə bir kamera ilə təchiz ediləcək”, - deyə məlumatda bildirilib.
Smartfonun 2020-ci ilin ortalarında istehsal ediləcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət