Dərc edildi: Baxış sayı: 562
“Samsung”un ilk 5G smartfonunun qiyməti məlum olub
Cənubi Koreyanın iri texnologiya şirkəti “Samsung Electronics”in ilk 5-ci nəsil mobil şəbəkə (5G) smartfonunun qiyməti açıqlanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, gələn həftə Cənubi Koreyada satışa çıxarılacaq 512 GB yaddaşa malik “Galaxy S10” smartfonu müştərilərə 1,55 milyon Koreya vonuna (1320 ABŞ dolları) təklif olunacaq. Daha aşağı yaddaşlı (256 GB) model isə 1,39 milyon vona satılacaq. “Samsung Electronics” və ölkənin 3 mobil rabitə operatoru qiymətlər barədə razılığa gəliblər.
Qeyd edək ki, bir müddət əvvəl “Samsung Electronics” dünyanın ilk 5G smartfonunun aprelin 5-də təqdim olunacağını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət