Slimfit
  1. TEXNOLOGİYA

“Samsung”dan etiraf - Qabaqcıl smartfonlarda ciddi boşluq var

“Samsung”dan etiraf - Qabaqcıl smartfonlarda ciddi boşluq var
Sakura

“Samsung”dan etiraf - Qabaqcıl smartfonlarda ciddi boşluq var

"Samsung Electronics" şirkətinin rəsmisi bildirib ki, mütəxəssislər istənilən şəxsin barmaq izi vasitəsilə "Galaxy S10" və "Galaxy Note 10" smartfonlarını blokdan çıxarmasına imkan verən boşluğun aradan qaldırılması üzərində işləyirlər.
Böyük Britaniyanın "The Sun" nəşrində dərc edilmiş məqalə bu problemə böyük diqqət çəkib, lakin istifadəçilər buna qədər də ekran üçün silikon qorumasından istifadənin son dərəcə gözlənilməz nəticələr verdiyini və skaneri aldatmasından şikayətlənirdilər.
"Samsung"un nümayəndəsi bildirib ki, şirkət artıq barmaq izlərinin yanlış tanınması problemi barədə məlumatlıdır və təhlükəsizlik yeniləməsi üzərində işləyir.
"CNBC" məlumat verdiyi kimi barmaq izlərinin tanınması kimi biometrik identifikasiya üsulu son illərdə populyarlaşıb. Bu üsul ənənəvi şifrlərlə müqayisədə daha asan və daha təhlükəsiz hesab edilir. Ancaq ara-sıra böyük istehsalçıların cihazlarında barmaq izi skanerləri ilə bağlı problemlər olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR