Slimfit
  1. TEXNOLOGİYA

Samsung"dan bu modellə bağlı etiraf diqqətli olun

Samsung"dan bu modellə bağlı etiraf diqqətli olun
Sakura

Samsung"dan bu modellə bağlı etiraf diqqətli olun

“Samsung” texnologiya şirkətinin istehsalı olan “Galaxy S10” modelində ciddi bir problem ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu model şəxsi bilgilərin sadəcə telefon sahibinin barmaq izilə açılmasını təmin edən barmaq izli proqramla birlikdə istehsal olunub. Lakin “Samsung” istehsalı olmayan ekran qoruyucusu taxanda və bu qoruyucunu başqa telefona keçirəndə bu proqram hər kəsə açıq şəkildə işləyir.

Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada iddianı qəbul edib: “Problemi həll etmək üçün işlərə başlanıb və bu təhlükəsizlik səhvini aradan qaldırmaq üçün telefonlara yenilənmə gələcək”.

Qeyd edək ki, bu problem ilk dəfə telefonuna internet vasitəsilə aldığı ekran qoruyucusunu taxan birtaniyalı şəxs tərəfindən aşkar edilib. O, öz telefonunun ekran qoruyucusunu həyat yoldaşının telefonuna keçirib və onun cihazının təhlükəsizliyini qırıb. Qadın bundan sonra şirkətə şikayət göndərib.

“Samsung” isə istifadəçilərinə yalnız onların istehsalı olan aksessuarlar almağı tövsyiə edib.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR