Samsung-un yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti 3 ədəd yeni qatlana bilən smartfon üzərində çalışır. İndi isə həmin smartfonlardan biri barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Sammobile saytı xəbər verib. Verilmiş məlumata əsasən Samsung şirkətinin yeni qatlana bilən smartfon modellərindən biri Galaxy Z Fold S adını əldə edəcək.
Gözləntilərə əsasən sözügedən smartfon Microsoft şirkətinin Surface Duo adlı smartfonunun dizaynında hazırlanacaq. Lakin Microsoft-un smartfonundan fərqli olaraq Galaxy Z Fold S modeli 1 ədəd elastiki OLED ekrana sahib olacaq və o, nazik şüşə ilə əhatə olunacaq. Bununla yanaşı smartfon 360 dərəcəlik şarnir konstruksiyası ilə təchiz olunacaq.
Bunun sayəsində Galaxy Z Fold S modeli həm daxili istiqamətə həm də xarici istiqamətə qatlana biləcək. Smartfonun hansı texniki göstəricilərə sahib olacağı barəsində bir məlumat yoxdur. Samsung-un yeni qatlana bilən smartfon modelini yaxın zamanda gözləmək lazım deyil. Əgər hər şey yolunda getsə şirkət Galaxy Z Fold S modelini 2021-ci ildə satışa çıxardacaq.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət