Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” şirkəti Hindistanda smartfon istehsal edəcək

“Samsung” şirkəti Hindistanda smartfon istehsal edəcək
Sakura

“Samsung” şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb

“Samsung” şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb. Açılış mərasimində Hindistanın baş naziri Narendra Mod və Cənubi Koreya Prezidenti Mun Çje İn iştirak edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ITC” resursuna istinadən yazır ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də “Galaxy S” seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.

Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.

“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistana smartfonların tədarük həcmi 124 milyon qurğuya çatıb. Beləliklə, təkcə bir “Samsung” zavodu yerli bazarda smartfonlara tələbatı tam ödəyəcək. Lakin Hindistan bazarında bu yaxınlarda “Xiaomi” şirkəti smartfonların satışına görə “Samsung”u geridə qoyaraq lider mövqeyə sahib çıxıb.

Mənbə: ictnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR