Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” şirkəti “CES 2019” sərgisində yeni “OLED” ekranlar nümayiş etdirəcək

“Samsung” şirkəti “CES 2019” sərgisində yeni “OLED” ekranlar nümayiş etdirəcək
Sakura

“Samsung” şirkəti “CES 2019” sərgisində yeni “OLED” ekranlar nümayiş etdirəcək

Cənubi Koreyanın “Samsung” şirkəti yanvarın 8-12-də Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” (CES) istehlak elektronikası sərgisində qabaqcıl “Sound on Display” üzvi işıq diodlu (OLED) ekranlar nümayiş etdirəcək.

ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət təkcə təsviri göstərən deyil, eyni zamanda səsi generasiya edən panellərdən gedir. Bunun üçün vibrasiyalar və sümük keçiricilik qabiliyyətinə malik texnologiya istifadə olunur.

Məlumata görə, “Sound on Display” tam çərçivəsiz smartfonların yaradılması istiqamətində atılan növbəti addımdır. Yeni tipli ekranlar mobil qurğularda tətbiq edilən ənənəvi dinamiklərdən imtina etməyə imkan verəcək.

Bildirilir ki, “Samsung” şirkəti “CES 2019” sərgisində mobil qurğularla yanaşı, televizorlar üçün “Sound on Display” panelləri təqdim edəcək. “Akustik ekranlı” kommersiya məhsullarının 2019-cu ildə satışa çıxarılacağı gözlənilir.

“Samsung”, həmçinin smartfonun ön kamerasını bilavasitə ekran arxasında quraşdırmağa imkan verən texnologiyanın hazırlanması ilə məşğuldur. Ekran daktiloskopik skaneri və “Sound on Display” sistemi ilə birlikdə bu həll smartfonların bütün ənənəvi ön komponentlərini displey sahəsinə inteqrasiya etməyə şərait yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR