Dərc edildi: Baxış sayı: 631
"Samsung" qatlanan smartfonu üçün ilkin sifariş qəbuluna başladı
Cənubi Koreyanın "Samsung" şirkəti ilk qatlanan smartfonu olan "Galaxy Fold"a ilkin sifarişləri qəbul etməyə başlayıb.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, "Samsung"un vətənində smarfonların satışına 18-20 sentyabr tarixləri arasında start veriləcək.
Cihazın qiyməti anons olunandan bu yana dəyişməyərək 1 980 ABŞ dolları qalıb.
Xatırladaq ki, "Galaxy Fold" hələ bu ilin əvvəlində anons edilib. Lakin satışların başlanmasına bir neçə gün qalmış ekranla bağlı problemlərdən dolayı şirkət satışların startını təxirə saldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət