Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” məhsullarında plastikdən istifadə dayandırılır

“Samsung” məhsullarında plastikdən istifadə dayandırılır
Sakura

“Samsung” məhsullarında plastikdən istifadə dayandırılır

Cənubi Koreyanın “Samsung” şirkətinin qurğularında bu ildən etibarən ekologiya üçün zərərli materiallardan istifadə dayandırılacaq.  

ICTnews” Elektron Xəbər Xidməti “Hi-tech” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ilk növbədə smartfon, planşet və aksesuarlarda plastikdən istifadədən imtina ediləcək. Məsələn, istehsalçı tərəfindən enerjidoldurma qurğularında parlaq plastikin tətbiq edilməməsi məqsədilə onların dizaynı yenidən işlənib və ekoloji təmiz materiallarla əvəz olunub.

Bundan başqa, soyuducu, televizor və digər məişət texnikasının qablaşdırılmasında malların daşınması üçün istifadə edilən plastik plyonkadan istifadə dayandırılacaq. Yeni qoruyucu plyonka emal edilmiş materiallardan və bərpa edilən materiallardan hasil edilən bioplastikdən hazırlanıb.

Həmçinin “Samsung” mallarında adi kağız böyük “yaşıl” təşkilatlar tərəfindən sertifikatlaşdırılan ekoloji kağızla əvəz ediləcək.

Bildirilir ki, “Samsung” şirkəti bu yeniliklər vasitəsilə tullantıları minimuma endirmək və insanlara plastik zibil və tükənən resurslarla bağlı problemin həllində kömək etmək niyyətindədir. Şirkət 2030-cu ilədək 500 min ton zərərli plastik emalını və 7,5 ton tullantı toplamağı planlaşdırır.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR