“Samsung Galaxy A2 Core” smartfonu təqdim edilib
"Android 9.0 Pie" (Go Edition) proqram platforması üzərində qurulan "Samsung Galaxy A2 Core" smartfonunun rəsmi təqdimatı keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, smartfon "Exynos 7870" prosessoru ilə təchiz edilib. Çipə 1,6 QHs takt tezlikli səkkiznüvəli "ARM Cortex-A53" prosessoru, "Mali-T830" qrafik kontrolleri və 300 Mbit/saniyə sürətində məlumat yüklənilməsini təmin edən "LTE Category 6" modemi daxildir.
Məlumata görə, operativ yaddaş tutumu 1 giqabayt təşkil edir. Bundan başqa, 16 giqabaytlıq quraşdırılmış yaddaşa "microSD" kartını yerləşdirmək olar.
"qHD" (960 × 540 piksel) təsvir ölçüsünə malik ekranın ölçüsü diaqonal üzrə 5 düym təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü isə 5 meqapikselə bərabərdir. Bundan əlavə, işıq diodlu işıqlandırıcı nəzərdə tutulub.
Smartfon "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.2 LE" simsiz rabitə adapterləri, GPS naviqasiya sistemi qəbuledicisi, FM radio, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, 2600 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunub.
Qabaritləri 141,6 × 71 × 9,1 mm, çəkisi 142 qram təşkil edən "Samsung Galaxy A2 Core" smartfonunun qiyməti 75 dollara bərabərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət