Slimfit
  1. MARAQLI

“Samsung”-dan “Apple” şirkətini hədəf alan yeni reklam filmləri

“Samsung”-dan “Apple” şirkətini hədəf alan yeni reklam filmləri
Sakura

“Samsung”-dan “Apple” şirkətini hədəf alan yeni reklam filmləri

“Samsung” şirkəti yenə də “Apple” – dan daha keyfiyyətli məhsullar istehsal etdiyini vurğulayan və öz məhsullarını “Apple” ilə müqayisə edən reklam filmləri seriyası yayımladı. Ingenius: Speed, Ingenius: Dongle, Ingenius: Fast Charger və Ingenius: Camera adlı 4 hissəli reklam seriyasında müştərilər“Apple” işçisini soruşduqları suallarla sıxışdırırlar. Mağaza işçisi bir çox məqamda“Samsung” – un “Iphone” – dan daha yaxşı olduğunu qəbul etməli olur.

İlk reklam filmində “Apple Store” – a gələn müştəri telefonunun sürəti ilə bağlı suallarla “Apple” işçisini sıxışdırır.

İkinci reklamda “Samsung” – un təhlükəsizlik baxımından üstün olması vurğulanır.

Üçüncü reklam filmində sürətli batareya doldurulması ilə bağlı “Samsung” – un üstün olduğunu görürük.

Son reklam filmində isə “Iphone X” – ın “Galaxy 9” – dan daha yaxşı kamerasının olub olmaması soruşulduğu zaman “Apple Store” işçisi xeyr cavabı verməli olur.

“Samsung” şirkətinin bu tərzdə yayımladığı reklam filmləri haqqında siz nə düşünürsünüz? Reklamların məntiqli və zarafatyana olması barədə şübhə olmasa da, sizcə “Samsung” bu strategiya ilə “Apple” – ın üstünlüyünü qəbul etmədiyini düşünərkən əslində bunun əksini etmiş olurmu?

Tamara Mustafayeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR