“Samsung” “5G” modeminin kütləvi istehsalına başlayıb
“Samsung Electronics” mobil qurğu və başqa elektron cihazların beşinci nəsil şəbəkəsinə (5G) qoşulması üçün nəzərdə tutulmuş çiplərin kütləvi istehsalına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Cənubi Koreya nəhəngi qabaqcıl “Galaxy S10 5G” smartfonunda tətbiq edilən “Exynos Modem 5100” mikrosxeminin kütləvi istehsalına başlayıb. Sabah sözügedən çip satışa çıxarılacaq.
2018-ci ilin avqustunda təqdim edilmiş “Exynos Modem 5100” dünyada ilk “5G” modem hesab edilir.
Modem “5G” şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə 2 Qbit/s-dək və “mmWave” şəbəkəsində isə 6 QHs maksimal yükləmə sürətini təmin edir ki, bu da mövcud texnologiyaların ötürmə sürətini müvafiq olaraq təxminən 1,7 və 5 dəfə üstələyir.
Emil Hüseynov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət