Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” 25 fevralda “Galaxy S9” və “S9+” smartfonlarını təqdim edəcək

“Samsung” 25 fevralda “Galaxy S9” və “S9+” smartfonlarını təqdim edəcək
Sakura

“Samsung” 25 fevralda “Galaxy S9” və “S9+” smartfonlarını təqdim edəcək

“Samsung” şirkətinin istehsalı olan yeni nəsil smartfonların təqdimat və çıxarılış tarixi dəqiq məlum olub.

ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti “Galaxy S9” və “S9+” qabaqcıl smartfonlarını 25 fevral tarixində, Barselonada keçiriləcək “Mobile World Congress 2018” sərgisinin açılışından bir gün əvvəl təqdim edəcək.

Bundan başqa, qurğuların kameraları təkmilləşdirilib. Bundan əvvəl mətbuatda bildirilirdi ki, sözügedən smartfonlar peşəkar parametrlərə malik obyektivlərlə təchiz ediləcək.

Həmçinin məlumdur ki, smartfonlar şüşə korpus, 5,8 və 6,22 düymlük AMOLED displeylərlə təchiz ediləcək. Ən yeni “Exynos 9810” prosessoru aparatların məhsuldarlığını təmin edəcək.

Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR