Slimfit
  1. TƏBİƏT

Şampan ətirli orxideya

Şampan ətirli orxideya
Sakura

Madaqaskarın şimal hissəsində xüsusi aromatı ilə seçilən yeni orxideya növü aşkarlanıb.

Onu avstriyalı botanik Anton Zider aşkar edib. O bitkinin nümunələrini Kraliçanın botanika bağının mütəxəssislərinə verib və ona latın adı – Cynorkis christae verilib. Cynorkis ailəsinə Afrika, Hind və Sakit okean adalarında bitən onlarla orxideya növü daxildir. Növ adı christae çiçəyə tapan botanikin arvadına həsr olunub – Kristi.

“Çox heyrətamizdir ki, bu orxideyanın indiyə qədər heç kim görməyib. Ola bilsin ki, o adanın çox uzaq hissəsində bitməyinə görədir. Ora gedib çatmağın özü bir möcüzədir”, - Zider qeyd edib.

Christae çiçəkləri 5sm uzunluğa malikdir; çiçəyin mərkəzində tünd qırmızı nöqtələrdə ağ ləçəkləri var. Onun əsas özəlliyi şampan iyini xatırladan şirin qoxusudur.

Növbəti ildə Zider C. Christae bitən yerə mövsüm zamanı gedib onun köklərini yığmağı və onu Böyük Britaniyada toxum anbarına göndərməyi planlaşdırır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR