Dərc edildi: Baxış sayı: 485
Şamlı Cabbar - Kimi
Bir gözəlin sevdasına düşmüşəm,
Qaşları şux, yanaqları gül kimi.
Hər baxanda şövqü düşür cahana,
Dili şəkər, dodaqları bal kimi.
Qaşı kimi tarmalanmış yay olmaz,
Könlü kimi daşqın axan çay olmaz,
Gözəllikdə heç kəs ona tay olmaz,
Yusif onun camalında xal kimi.
Cabbar deyir, göz yoluna dikmişəm,
Ayrılıq toxmunu çoxdan əkmişəm,
Yollarında çox cəfalar çəkmişəm,
Əlif qəddim əyilibdi dal kimi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət